Federasiya Haqqında

Ölkəmiz Dövlət müstəqilliyini əldə etdikdən sonra 1992-ci ildə müstəqil Azərbaycanın Basketbol Federasiyası (ABF) yarandı.

1994-cü ildə Azərbaycan Basketbol Federasiyası (ABF) Beynəlxalq Basketbol Federasiyasına (FİBA) tamhüquqlu üzv qəbul edilimişdir və bu da komandalarımıza beynəlxalq yarışlarda müstəqil dövlətimizin bayrağı altında çıxış etmək hüququ qazandırmışdır.

1997-ci ildən 2000-ci ilə qədər ABF-sı FİBA-nın heç bir toplantı və tədbirlərdə iştirak etmədiyinə görə Avropa Basketbol Federasiyasının tamhüquqlu üzvlüyündən xaric edilmişdir.

2000-ci ildə Azərbaycan Basketbol Federasiyasının yeni rəhbərliyi seçilmişdi.

Beynəlxalq əlaqalarin yeni səviyəyə galdırılması sayəsində 2000-ci ildə Türkiyədə keçirilən FİBA konqressində ABF-nın bu beynəlxalq quruma üzvlüyü bərpa olunmuşdur.

2002-ci ilin avqust ayında Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev basketbol üzrə Olimpiyа, Dünya və Avropa çempionu olan məhşur basketbolçu Rimas Kurtinaytisi qəbul etmişdir,elə həmin ilin sentyabr ayında Kurtinaytis milli yığmaya baş məşqçi təyin edildi. Məhşur litvalının Azərbaycana gəlişi ölkəmizdə basketbolun inkişafına güclü təkan verdi.

Sizin qələbəniz tarixi qələbədir. Artıq İslam Ölkələrinin Birinci Həmrəylik Olimpiadasının tarixinə yazılıbdır ki, basketbol yarışlarında ilk çempion Azərbaycan komandası oldu.

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının prezidenti

prezident-qebulu

FİBA U16 AVROPA ÇEMPİONATI 2016 DİVİSİON C

FİBA U18 AVROPA ÇEMPİONATI 2016 DİVİSİON C

baku_2017

baku_2015

YARIŞLAR