Fuad Niftaliyev

Dərəcə: İU

Mövqə: PG

Boy, sm: 1.80

Çəki, kq: 78

Klub: "Qala" BK (Bakı, Azərbaycan)

İdman karyerası:

2009 "NTD-Tbilisi", Gürcüstan

2011-2015 "Qala" BK, Bakı

Niftaliyev Fuad Rafael oğlu 21.08.1980-ci ildə Bakı şəhərində anadan olub.

Məşqçi Vladimir Sorokinin rəhbərliyi altında 1994-cü ildən basketbol idman növü ilə məşğul olmağa başlayıb. 2000-ci ildə milli yığmaya cəlb edilib. 2001-ci ildə Azərbaycan Neft Akademiyasını bitirib.

2004-cü il İnkişaf Kubokunun iştirakçısı - IV yer (Andora).

2005-ci il I-ci İslam Həmrəylik Oyunlarının Çempionu (Səudiyyə Ərəbistanı).

2006-cı il İnkişaf Kubokunun Çempionu (Albaniya) və ən məhsuldar oyunçu seçilmişdir (MVP).
2008-ci il Avropa Çempionatının "C" divizionu - I yer (Şotlandiya) və ən məhsuldar oyunçu seçilmişdir (MVP).
2010-cu il "Novruz-2010" beynəlxalq turnirin Çempionu (Bişkek, Qırğızıstan).
2011-ci il "Novruz-2011" beynəlxalq turnirin Çempionu (Bişkek, Qırğızıstan); Avropa Çempionatının "B" divizionun B dəstəsində (İsveç, Albaniya, Rumıniya, Belarus) - II yer.
2012-ci il "Novruz-2012" beynəlxalq turnirin Çempionu (Bişkek, Qırğızıstan); XIX Azərbaycan çempionatının qalibi; AvroBasketin seçmə mərhələsinin iştirakçısı.
2013-cü il İslam İnqilabının 34-cü il dönümünə həsr edilmiş beynəlxalq turnirin qalibi (İran, Sarab); "Qala BK-Atena" tərkibində Novruz-2013" beynəlxalq turnirində - II yer (Bişkek, Qırğızıstan), "Qala BK-Atena"nın tərkibində XX Azərbaycan Çempionatının qalibi, Ümummilli Lideri Heydər Əliyevin 90 illiyinə həsr edilmiş beynəlxalq turnirində - III yer (Mingəçevir, Azərbaycan); 3x3 basketbol üzrə "BAKI" komandası tərkibində "TBF Türkiyə turu"nda 22 komandanın qatıldığı 3x3 basketbol üzrə turnirin qalibi (Antaliya, Türkiyə), Türkiyə Basketbol Federasiyasının (TBF) təşkil etdiyi 3X3 Abdi İpekçi Kubokunun qalibi (İstanbul, Türkiyə), "3X3 Kiyev Open Celenc"in dünya turunun seçmə mərhələsinin iştirakçısı.
2014-cü il "Qala BK" BK tərkibində Novruz-2014" 21 beynəlxalq turnirində - I yer (Bişkek, Qırğızıstan), "Qala BK"nın tərkibində XXI Azərbaycan Çempionatının qalibi, 3X3 Azərbaycan Turunun qalibi; Türkiyə Basketbol Federasiyasının (TBF) təşkil etdiyi 3X3 Türkiyə Turunun qalibi (Kuşadası, Türkiyə); 3x3 basketbol üzrə "Qala" BK komandası tərkibində Dünya Turunun seçmə mərhələsində iştirakı (Rusiya, Sank-Peterburq), 3x3 basketbol üzrə milli yığma komandası tərkibində TBF 3X3 Türkiyə turunun qalibi (Erdemit, Türkiyə), "3X3 Avropa Çempionatının seçmə mərhələsinin qalibi (Hollandiya Amsterdam); 3x3 basketbol üzrə "Qala" BK komandası tərkibində 3X3 Dünya Turunun seçmə mərhələsində - III yer (Danimarka, Kopenhagen); 3X3 Avropa Çempionatının iştirakçısı (Rumıniya, Buxarest).

prezident-qebulu

baku_2017

FİBA U16 AVROPA ÇEMPİONATI 2017 DİVİSİON C

FİBA U18 AVROPA ÇEMPİONATI 2017 DİVİSİON B

FİBA U20 AVROPA ÇEMPİONATI 2017 DİVİSİON B

FİBA U16 AVROPA ÇEMPİONATI 2016 DİVİSİON C

FİBA U18 AVROPA ÇEMPİONATI 2016 DİVİSİON C

baku_2015

YARIŞLAR

fiba

olimpiya-komitesi

gencler-nazirliyi