Elşən Yusubov | Məşqçi

Yusubov Elşən Məmməd oğlu 1971-ci il aprelin 19-da anadan olmuşdur.

1986-cı ildən etibarən Elxan Əliyevin və Vladimir Sorokinin rəhbərliyi altında yeniyetmə Azərbaycan millisinə iştirak etmişəm və həmin ildə SSRİ Umumittifaq yarışlarında iştirak etmişəm (Saratov şəh.).

1987-ci ildən Azərbaycan kişilərdən ibarət milli komandasına dəvət olunmuşam.

Dəfələrlə müxtəlif komandalarda Azərbaycan çempionu olmuşam.

1989-cu ildə SSRİ Çempionatında I dəstəyə vəsiqə qazanmışam.

1994-cü ildə Azərbaycan idman ustası adına layiq görülmüşəm.

1996-cı ildə ABŞ-də keçirilən turnirdə 16 komamdadan 5-ci yerə nail olmuşam.

1999-2009-cu illərdə "Qərb Universiteti" BK-nun baş məşqçi vəzifəsində işləmişəm və bu illər ərzində 2 dəfə Azərbaycan çempionu olmuşam (2001; 2006).

2010-ci ildən etibarən milli yığma və "Qala" BK-un məşqçi kimi fəaliyyət göstərirəm.

2010-2011-ci illərdə baş məşqçi vəzifəsində Avropa Çempionatının "B" divizionun "B" dəstəsində (İsveç, Albaniya, Rumıniya, Belarus) - II yer.

2010-2012-ci illərdə məşqçi vəzifəsində "Novruz-2010" beynəlxalq turnirin Çempionu (Bişkek, Qırğızıstan).

2013-cü ildə məşqçi vəzifəsində "Novruz-2013" beynəlxalq turnirində (Bişkek, Qırğızıstan) - II yer.

prezident-qebulu

FİBA U16 AVROPA ÇEMPİONATI 2016 DİVİSİON C

FİBA U18 AVROPA ÇEMPİONATI 2016 DİVİSİON C

baku_2017

baku_2015

YARIŞLAR

fiba

olimpiya-komitesi

gencler-nazirliyi