Tahir Baxşıyev | Baş məşqçi

Kateqoriya: Kişilər - U20

 

Baxşıyev Tahir Vaqif oğlu 07.03.1982-ci ildə Ordubad şəhərində anadan olub.

Məşqçi Vladimir Sorokinin rəhbərliyi altında 1996-cı ildən basketbol idman növü ilə məşğul olmağa başlayıb.

1998-ci ildən milli yığmaya cəlb edilib.

2001-ci ildən Azərbaycanın milli yığma komandasının kapitanıdır.

2002-ci ildə Azərbaycan Neft Akademiyasını bitirib.

2004-cü il İnkişaf Kubokunun iştirakçısı - IV yer (Andora).

2005-ci il I-ci İslam Həmrəylik Oyunlarının Olimpiya Çempionu (Səudiyyə Ərəbistanı).

2006-cı il İnkişaf Kubokunun Çempionu (Albaniya).

2008-ci ildə Avropa Çempionatının "C" divizionunda - I yer (Şotlandiya).

2011-ci ildə "Novruz-2011" beynəlxalq turnirin Çempionu (Bişkek, Qırğızıstan).

2011-ci ildə Avropa Çempionatının "B" divizionun B dəstəsində (İsveç, Albaniya, Rumıniya, Belarus) - II yer

2012-ci ildə "Novruz-2012" beynəlxalq turnirin Çempionu (Bişkek, Qırğızıstan); AvroBasketin seçmə mərhələsinin iştirakçısı.

2013-cü il "AZTop" komandası tərkibində Ümummilli Lideri Heydər Əliyevin 90 illiyinə həsr edilmiş beynəlxalq turnirində - II yer (Mingəçevir, Azərbaycan).

2015-ci ildə baş məşqçi vəzifəsində U18 Avropa Çempionatının "C" divizionu - II yer (Gibraltar).

11 dəfə müxtəlif komandalar tərkibində Azərbaycan çempionu olmuşdur.

prezident-qebulu

FİBA U16 AVROPA ÇEMPİONATI 2016 DİVİSİON C

FİBA U18 AVROPA ÇEMPİONATI 2016 DİVİSİON C

baku_2017

baku_2015

YARIŞLAR

TƏRƏFDAŞLAR

azerisport-logo

3x3azerbaijan-logo