“Gənc Olimpiyaçılar” forumu

 09.06.2021 - 17:51    495
Kateqoriya: XƏBƏRLƏR
  • 09 İyun 2021
  • 17:51
  •  495

2021 ci il iyun ayının 1 də Rusiyanın Paytaxtı Moskva şəhərində, Rusiya Olimpiya komitəsinin təşəbbüsi ilə “1iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” nə həsr edilmiş “Gənc Olimpiyaçılar” adlı geniş miqyaslı, beynəlxalq forum keçirilmişdir. Tədbirdə Müxtəlif ölkələrdən 14-17 yaş Olimpiyaçılar iştirak etmişdir.
Forumda Olimpiya prinsipləri, qaydalar, idman prespektivi və gələcək planlar müzakirə edilmişdir. İnteraktiv formada keçən forum, müxtəlif ölkə olimpiyaçılarının dost münasibətlərinin qurulmasına və ədalətli oyun qaydalarına xüsusi diqqət vermişdir.
Forumda ölkəmizi Azərbaycan Basketbol Federasiyasının Vitse-prezidenti Həsənağa Rzayev və istedadlı, gənc basketbolçu Taleh Mahmudzadə təmsil etmişdirlər.

moskva_forum_2

XƏBƏRLƏR