Seçmə mərhələ başa çatdı

 26.06.2021 - 12:31    344
Kateqoriya: XƏBƏRLƏR
  • 26 İyun 2021
  • 12:31
  •  344

Xəbər verdiyimiz kimi iyun ayının 25 və 26-da İsrailin Tel-Əviv şəhərində 3x3 basketbol üzrə Avropa Çempionatının seçmə mərhələsi keçirilir. Bu seçmədə kişilərdən ibarət yığma komandamız da (Anar Haciyev, Cəbrayil Əkbərov, Endər Poladxanlı, Polad Həsənov) iştirak etdi.

Yarışın ilk günündə komandamız Belçikaya məğlub olaraq (8-19), Andoranı darmadağın etdi (22-5). 1/4 finala adlamaq üçün qrup mərhələsinin 3-cü oyununda almanları yenməliydik. Hava şəraitinin korlanması ucbatından bu görüş təxirə salınaraq qapalı məkanda keçirildi. Qarşılaşma bərabər səviyyədə başlasa da sona yaxın Almaniya komandası millimizə qalib gəldi (14-21) Bununla da komandamız qrupda 3-cü yeri tutaraq Parisdə keçiriləcək Avropa Çempionatının finalına çıxmaq üçün mübarizəni dayandırdı.

izrel_2

XƏBƏRLƏR