"Azercell"də görüş

 26.09.2015 - 19:49    2088
Kateqoriya: XƏBƏRLƏR
  • 26 Sen 2015
  • 19:49
  •  2088

25.01.2011

Azercell Telekom şirkətinin prezidenti Ali Ağan şirkətin ofisində Azərbaycan basketbolçularını qəbul etdi. Çox yüksək səviyyədə keçirilən görüşdə ABF-nin meneceri Levent Türknas, basketbol üzrə kişilərdən ibarət milli yığma üzvləri Fuad Niftalıyev, Kamran İmanov və Aleksey Kitayev iştirak etdilər.

Görüşdən məmnun qalan Azercell Telekomun prezidenti qeyd etdi ki, basketbol üzrə Azərbaycanın kişilərdən ibarət milli yığması 2010-cu ildə keçirilən Avropa Çempionatının “B” divizionu yarışlarda çox yaxşı oyun sərgilədi. Ali Ağan2011-ci ildə milli yığmamızın Avropa Çempionatının “B” divizionun seçmə yarışlarında ən azı 2010-cu ildə gazanılan uğurların təkrar edəcəyinə ümid etdi.

Səmimi notlar üzərində kşklənən görüşdə Azərbaycan basketbolçuları Azercellin prezidentinə xatirə hədiyyələrini təqdim etdilər.

azercell-4

XƏBƏRLƏR