Səbət bəlli oldu, növbə rəqiblərindir

24.11.2011
Avrobasket 2013-də iştirak edəcək Azərbaycan milli yığma komandasının səbəti bəlli oldu. Seçmə mərhələdə 31 komanda iştirak edəcək.
Sloveniya turnirin ev-sahibi kimi, London Olimpiadasına vəsiqə qazanan Fransa, Ispaniya,Böyük Britaniya, Litvada keçirilən Avropa çempionatında 3-6-ci yeləri tutan Rusiya, Makedoniya, Litva, Yunanıstan komandaları təsnifat mərhələsinə qatılmayacaqlar. Qalan 16 yer uğrunda altı səbətə bölünən 31 komanda mübarizə aparacaq.
Seçmə mərhələnin oyunları 2012-ci il avgustun 15-dən sentyabırın 11-nə kimi baş tutmalıdır.
Avropa çempionatın final mərhələsi sentyabırın 4-dən 22-nə kimi Sloveniyada keçiriləcək. Püşkatma dekabırın 4-də Almaniyanın Frayzinq şəhərində olacaq.
Birinci səbət: Serbiya, Türkiyə, Almaniya, Finlandiya, Gürcüstan, Xorvatiya
İkinci səbət: Ukrayna, Bolgarıstan, Polşa, Bosna-Hersogovina, İsrail, İtaliya
Üçüncü səbət: Çernoqoriya, Latviya, Belgiya, Portuqaliya, Macarıstan, İsveç
Dördüncü səbət: Çexiya, Estoniya, Hollandiya, İsveçrə, Avsriya, Azərbaycan
Beşinci səbət: Belarus, Slovakiya, Rumıniya, Albaniya, Luksenburq, Kipr
Altıncı səbət: İslandiya



