Gənc basketbolçularımızın "Efes" sınağı
26.12.2011
Dekabr ayının 19-dan 24-nə kimi Uşaq-Yeniyetmə Basketbol Liqasının perspektivli basketbolçuları Eldar Poladxanov ("Səbail", 1997-ci təvəllüdlü 1.90 sm) və Sabir Rüstəmov ("Makkabi", 1997-ci təvəllüdlü 1.97 sm) ABF-in baş meneceri Levent Türknasın müşaiyəti ilə İstanbul şəhərində "Efes Pilsen"də baxışda olmuşdular.
Levent Türknasın sözlərinə görə baxış uğurlu keçdi: "Belə ki, Avropada tanınan basketbol klubu "Efes Pilsen"in "Anadolu Efes"in Azərbaycanın gənc basketbolçularına maraq göstərməsi bizdə basketbolun inkişafını göstərən ən vacib amillərdən biridir.
Bundan əlavə Uşaq-Yeniyetmə Basketbol Liqasına birbaşa rəhbərlik edən şəxs kimi liqamızda mövcüd olan 40 komandada 500 yaxın gənc basketbolçunun oynaması məndə Azərbaycan basketbolunun parlaq gələcəyinə çox böyük ümidlər yaradır".



