Hakimlər kollegiyasının iclası keçirildi

 27.09.2015 - 23:18    2035
Kateqoriya: XƏBƏRLƏR
  • 27 Sen 2015
  • 23:18
  •  2035

09.04.2012

Aprel ayının 4-də Azərbaycan Basketbol Federasiyasının qərargahında federasiya rəhbərliyinin iştirakı ilə hakimlər kollegiyasının geniş iclası keçirildi.

Hakimlər kollegiyasının işi haqqında Hakimlər kollegiyasının sədri, beynəlxalq dərəcəli hakim Ələkbər Həsənov məruzə ilə çıxış etdi. Daha sonra federasiyanın vitse–prezidenti Azər Qədirov, Məşqçılər şurasının sədri Elxan Əliyev və Azərbaycan çempionatının baş hakimi Valeri İsayev çıxış etdilər. Onlar çıxışlarında qeyd etdilər ki, ölkə daxılındə keçirilən müxtəlif səviyyəli yarışlarda hakim çatışmazlığı göz qabağındadır, bu da öz növbəsində oyunların keyfiyyətinə mənfi təsir göstərir.

Daha sonra iclasda hakimlərlə bağlı problemlərin olduğu vurğulandı, bu sahədə ciddi islahatlara başlamağın labüdlüyünü xüsusi ilə qeyd edildi. Belə ki, federasiya rəhbərliyinin sözlərinə görə gənc hakimlərin yetişdirilməsi, onların ingilis dilində yiyələnərək beynəlxalq səviyyəyə çıxarılması, Avropa Basketbol Federasiyasının mütəxəssislərinin iştirakı ilə ölkəmizdə hakimlik seminarlarının təşkili gündəlikdə duran əsas məsələlərdəndir.

Yekunda qərara alındı ki, 2012-ci il aprel ayının 15-nə qədər hakimlər işinin səmərəsini artırmaq məqsədi ilə Hakimlər kollegiyası tərəfindən təkliflər hazırlanaraq, federasiya rəhbərliyinə baxılmaq üçün təqdim edilsin.

XƏBƏRLƏR