FIBA-nın 3x3 seminarı

23.04.2012
Aprelin 20-dən 21-nə kimi Qazaxstanın Aktau şəhərində stritbol üzrə FİBA-nın 3x3 seminarı keçirildi.
"FİBA 3x3"-nın direktoru Kosta İlevin rəhbərliyi altinda keçirilən seminarda Türkmənistan, Qazaxstan və Azərbaycan Basketbol Federasiyalarının nümayəndələri qatılmışlar. Bu layihənin əsas məqsədi küçə basketbolunun vasitəsi ilə basketbolu dünyada daha da populyarlaşdırmaqdan ibarətdir. Hal-hazırda milyonlarla oğlan və qız stritbol oynayırlar. Bu səbəbdən stritbol qaydalarını mükəmməlləşdirmək və bu oyunu dünya miqyaslı yarışların siyahısına qatmaq FİBA-nın əsas məqsədlərindən biridir. Bu haqqda Kosta İlev seminar iştirakçıların yetərincə məlumatlandırdı.
Seminarın nəzəri hissəsi ilə yanaşı dəniz qırağında stritbol meydançasında 15-16 yaşlı məktəblilər üçün miniturnir təşkil edildi.





