Milli yığmanın yeni məşqçisi
03.05.2012
Avropa çempionatının seçmə oyunlarında daha yaxşı nəticə göstətmək məqsədilə federasiya rəhbərliyi milli yığmaya yeni amerikalı basketbol mütəxəssini cəlb etdi. Əli Camal Ton milli yığmanın baş məşqçisi Elxan Əliyeva təsnifat mərhələsinin oyunlarında məşqçi Elşən Yusubovla yanaşı kömək edəcək.
1990-1994-cü illərdə Əli Ton Türkiyənin gənclərdən ibarət (U-20) milli yığmanın üzvü olaraq Fransa, İsveç və Türkiyədə keçirilən beynəlxalq turnirlərdə iştirak edib. Daha sonra 1995-1999-cü illərdə ABŞ-nın “Devidson” kollecində təhsil alarkən kollec komandasının tərkibində amerikada keçirilən müxtəlif səviyyəli basketbol yarışlarında iştirak etmişdir. 1999-2003-cü illərdə isə peşəkar basketbolçu kimi Türkiyənin Basketbol Liqasının “Maydanose” kollec, “Türk Telekom” və “Galatasaray” komandaların tərkibində çıxış edib.
Məşqçi kimi Ton öz peşəkar fəaliyyətinə “Devidson” kollecində başlayıb. O, yerli “Uayldkets” komandasını cənub konferensiyasının cənub divizionunda qalib edib. Sonra Camal Ton Nyu-yorkun “Binqhempton” Universitetinin ilə iki illik müqavilə bağladı. Və nəhayət 2005-ci ilin yayında o Türkiyənin gənclərdən ibarət milli yığmasının baş məşqçisinin köməkçisi qismində Avropa çempionatında iştirak etdi. Azərbaycana dəvət edilməmişdən öncə Ton Kaleforniyanın “İrvayn” Universitetinin komandasında baş məşqçinin köməkçisi işləyirdi.



