FİBA hakimimiz beynəlxalq yarışlarda
Kateqoriya: XƏBƏRLƏR
24.07.2012
Beynəlxalq dərəcəli referi Ələkbər Həsənov iyulun 26-dan avqustun 5-nə kimi Makedoniyanın Strumitsa şəhərində U-18 qadınlar arasında Avropa çempionatının "B" divizionunun oyunlarında hakimlik edəcək.
Qeyd etmək istərdik ki, bu Ə.Həsənovun Makedoniya 2012-ci ildə ikinci səfəridir. O, iyulun 10-dan 15-nə kimi Struqa şəhərində Kiçik Ölkələr arasında Avropa çempionatının final mərhələsinə dəvət almışdır.



