Labas Arvidas!
08.10.2012
Oktyabrın 6-da Azərbaycan Basketbol Federasiyasının prezidenti cənab Nadir Nəsibov dünya şöhrətli əfsanəvi basketbolçu Litva Basketbol Federasiyasının prezidenti Arvidas Sabonisi qəbul etdi.
Qarşılıqlı anlaşma şəraitində keçən qorüşdə A.Sabonis Azərbaycan basketbolunun son dövrlərdə sürətlə inkişaf etməsini xüsusi vurğuladı. O, öz növbəsində Litva basketbolunun rəhbəri kimi Azərbaycan basketboluna hərtərəfli əməli dəstək verməsinə hazır olduğunu bildirdi. Olimpiya çempionu A.Sabonis eyni zamanda Litvada A.Sabonis adına Basketbol Akademiyasının rəhbəridir. Və o, Basketbol Akademiyası adından Azərbaycan basketbolunun gələcək inkişafına dair ABF prezidenti N.Nəsibova konkret plan təklif etdi.
Qardaş Litva Respublikasında Azərbaycan üçun səviyyəli məşqçi, hakim və oyunçuların hazırlanması bu çoxşaxəli planın tərkib hissəsidir. ABF-in prezidenti Arvidas Sabonisa ölkəmizə vaxt tapıb gəldiyinə görə öz minnətdarlığını bildirərək Azərbaycan basketbolunun püxtələşməsində Litva basketbol məktəbinin böyük dəstəyini xüsusi ilə qeyd etdi. Olimpiya çempionu Rimas Kurtunaytisın Azərbaycanda 4 il ərzində (2002-2006-cı illər) uğurla fəaliyyət göstərməsi bunun bariz nümünəsidir. O zaman dövlət başçımız Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev R.Kurtinaytisin Azərbaycana gəlişinə və olkəmizdə basketbolun inkişafına dəstək verməsəydi son 10 ildə milli basketbolun uğurları və xüsusən 2005-ci ildə İslam Olimpiadasında qızıl medallar qazanılmazdı.
Çox yüksək mehribançılıq və səmimiyyət şəraitində keçən görüşün axırında hər iki tərəf bu əməkdaşlığı gələcəkdə daha da dərinləşdirməyə qərar verdi.
Görüşdə ABF-in rəhbərliyi milli yığmanın üzvləri, MOK-un nümayəndəsi və basketbol ictimaiyyətinin nümayəndələri iştirak edirdi. Bir daha dünya şöhrətli basketbol ulduzu A.Sabonisa Azərbaycana gəlişi münasibəti ilə salam deyirik! Labas Arvidas!






