Rəyasət Heyətinin növbəti iclası
10.10.2012
2012-ci il oktyabrın 9-da Azərbaycan Basketbol Federasiyası Rəyasət Heyətinin iclası keçirilmişdir.
Həmin iclasda yaxın 5 il üçün ölkədə basketbolun inkişafına dair məruzələr dinlənilmişdir. Basketbolun gələcək inkişaf proqramı keçmiş 10 ildə respublika basketbolunda görülən işlərə əsaslanır. Belə ki, 2012-ci ildən ölkəmizdə müntəzəm olaraq I-ci dəstənin, Super liqanın və Uşaq-Yeniyetmə Basketbol Liqasının yarışları keçirilir.
2005-ci ildə İslam Olimpiadasının qızıl medalları, daha sonra 2006-cı ildə İnkiçaf Kubokunun qazanılması və 2008-ci ildə "C" divizionunda çempionluqla yanaşı 2010-2011-ci illərdə "B" divizionunda milli yığmanın uğurlu çıxışı və nəhayət 2012-ci ildə AvroBasketin seçmə mərhələsində millimizin layıqli i mübarizəsi dünya basketbolunun diqqətini Azərbaycana yönəltdi. Bu uğurlu inkişaf fonunda basketbolumuzun zəif nöqtələri də qeyd olundu. Respublikamızda basketbolun əsas problemlərindən biri təlim-məşq zallarının yararsız olmasıdı. Bu səbəbdən basketbol kadrlarının lazımı səviyyədə və lazımı miqdarda olmaması dünyada ikinci olan bu idman növünə ğz mənfi təsirini göstərməkdədir.
Amma, ABF bu kimi çətinliklərin öhdəsindən gələrək basketbolçuların yetişdirilməsi işini dayandırmamışdı. Belə ki, AvroBasketdə Azərbaycan basketbolçularının əzmkar mübarizəsini qeyd edən FİBA rəsmiləri diqqətlərini ölkəmizə yönəltdilər. FİBA Avropa-dan ABF-ə gələn bir çox təkliflər hal-hazırda müzakirə obyektidir. Bu qəbildən qələn təkliflər Türkiyə, Rusiya, Kazaxstan və Litva Basketbol Federasiyalarından gəlmişdir. Misal üçün, FİBA Avropadan ABF-lə birgə 2013-2015-ci illərdə 3x3-ə proqramının həyata keçirilməsi nəzərdə tutulub. Bununla əlaqədar, 3x3-ə proqramının baş meneceri Kosta İlyev noyabrın 15-də FİBA World (Dünya) tərəfindən Bakıya ezam olunacaq.
Digər tərəfdən qardaş Türkiyənin basketbol rəsmiləri Azərbaycanın istedadlı gənc məşqçilərini Türkiyədə yetişdirmək niyyətindədirlər. Litva Basketbol Federasiyası isə Azərbaycanda basketbolun 4 illik inkişaf proqramını ABF-lə birgə həyata keçirmək istəyir. Noyabrın 15-nə kimi Litva Basketbol Federasiyasının Baş katibi cənab Mindauqas həmin proqramın prezentasiyasını Bakıda əyanı şəkildə keçirmək niyyətindədir. Sirr deyil ki, basketbolun nkişaf məktəb mühitində formalaşan istedadlı yeniyetmələrdən başlayır. Bununla əlaqədar ABF-in baş katibi Q.Məmmədyarov belə uşaqların seleksiyası və təlim-məşq prosesinə xüsusi diqqət yetirilməsinin vacibliyini vurğuladı. O yeniyetmələrin yetişdirilməsi prosesini (U14, U16) milli yığmanın kapitanı Tahir Baxşıyevə həvalə olunmasını məqsədəuyğun saydı. Bu təklifə gələn həftə ABF-də keçiriləcək məşqçilər şurasının iclasında baxılacaq.
İclasın sonunda yerli referilərin hakimlik səviyyəsini artırmaq məqsədilə yaxın aylarda respublika bölqələrinin birində FİBA təlimatçılarının iştiraki ilə seminarın keçirilməsi haqda fikir mübadiləsi aparıldı.



