Məşqçilər Şurası toplandı

 01.10.2015 - 23:55    1900
Kateqoriya: XƏBƏRLƏR
  • 01 Okt 2015
  • 23:55
  •  1900

17.10.2012

2012-ci il oktyabrın 16-da Azərbaycan Basketbol Federasiyasının iqamətqahında Məşqçilər Şurasının iclası keçirilmişdir.

ABF prezidenti N.Nəsibovun sədrliyi ilə keçirilən iclasda əsasən uşaq-yeniyetmələrlə çalışan məşqçilərin problemləri müzakirə edilmişdi. Bununla bağlı məşqçilər şurasının sədri Elxan Əliyev yeniyetmələrlə təlim-məşq prosesinin təkmilləşdirilməsinin və perspektivli basketbolçuların seleksiyasının daha səmərəli aparılmasının vacibliyini qeyd etdi. Daha sonra müxtəlif idman təşkilatlarını (UGİM və klublar) təmsil edən məşqçilər uşaq-yeniyetmə basketbolunda mövcüd olan problemlər haqqında fikir mübadiləsi apardılar.

Yekunda ABF-nın baş katibi Qəhrəman Məmmədyarovun oktyabrın 9-da keçirilən Rəyasət Heyətində U14 yığmasına Tahir Baxşıyevin baş məşqçi təyin edilməsi təklifinə baxıldı. İclasa sədrlik edən ABF-in prezidenti N.Nəsibov baş katibin təklifini dəstəkləyərək bu işdə basketbolsevər biznesmen Bəhrəm Abdinovun fəaliyyətini təqdirə layıq saydı.

Sonda toplantı iştirakçıları T.Baxşıyevin U14 yığmasının baş məşqçisi vəzifəsinə təyin edilməsinə yekdilliklə səs verdilər.

XƏBƏRLƏR