FIBA Təlimatçısı Azərbaycana gəlir

18.10.2012
Azərbaycan Basketbol Feredasiyası ilə FİBA Avropa arasında olan razılaşmaya əsasən 2012-ci il noyabrın 2-dən 4 -nə kimi Bakıda hakimlik seminarı keçiriləcək.
FİBA təlimatçısı Nakiç Davorinin rəhbərliyi altında keçirilən seminarda ABF-in hakimləri və məşqçilər korpusu iştirak edəcək. Seminar Heydər Əliyev adına İdman Konsert Kompleksində yerləşən "Basketbol Mərkəzində" keçiriləcək.
Seminarın yekununda uğurla imtahan verən hakimlərə ABF tərəfindən FİBA Avropanın sertifikatları veriləcək.
Seminarda iştirak etmək istəyən şəxslər Azərbaycan Basketbol Federasiyasına müraciət edə bilərlər.



