FİBA Seminarı başa çatdı

05.11.2012
2012-ci il noyabr ayının 2-dən 4-nə kimi Heydər Əliyev adına İdman Konsert Kompleksində FİBA təlimançısı Nakiç Davorinin rəhbərliyi altında hakimlər seminarı keçdi.
Hər gün saat 11.00-dən 17.00 kimi davam edən seminar iki hisədən ibarət idi. Birinci hissədə video materialların təqdimatı ilə mühazirə oxunurdu, ikinci hissədə isə praktik məşgələlər keçirilirdi. Seminarda ABF-in hakimlər kolleqiyasını təmsil edən hakimlər və müxtəlif yaş qruplarında çalışan məşqçilər iştirak etdi.
Noyabrın 4-də FİBA təlimatçısı hakimlərdən fiziki testi qəbul etdi. Daha sonra kompleksin konfrans zalında seminar iştirakçıları yazılı imtahan verdilər. Yekunda FİBA təlimatçısı N.Davorin və ABF-in vitse-prezidenti A.Qədirov tərəfindən seminarda iştirak edən və uğurla imtahan verən hakim və məşqçilərə beynəlxalq sertifikatlar verildi.
Beynəlxalq FİBA sertifikatı alan hakimlər Azərbaycan daxilində basketbol yarışlarında xidmət etmək hüququna malikdilər.







