Litva Basketbol Federasiyasının etirazı

 02.10.2015 - 17:32    1875
Kateqoriya: XƏBƏRLƏR
  • 02 Okt 2015
  • 17:32
  •  1875

27.12.2012

2015-ci ildə Bakıda keçiriləcək Avropa Olimpiya Oyunlarının proqramına basketbolu daxil edilməməsi Litva Basketbol Federasiyasının baş katibi Mindauqas Balçunasın narazılığına səbəb olub.

Belə ki, Litva kütləvi informasiya vasitələrinə istinadən azərisport.com saytı baş katibin çıxışından iqtibas qətirir: "Bu faciədir. Avropa Yay Oyunlarına basketbolu necə salmamaq olar? Avropa basketbolu dünyaya meydan oxuyur. Buna baxmayaraq FİBA və FİBA-Avropa öz aralarında pulları bölüşdürərək Avropa basketbolunu diskriminasiyaya məruz goyurlar. Biz bununla razılaşmıyacayıq. Fevralın axırında FİBA-Avropanın qanunsuz hərəkətləri ilə bağlı məhkəmə keçiriləcək. Hamı irəli getmək istəyir.

Bakıda keçiriləcək Yay Olimpiya Oyunlarına basketbolun daxil edilməsi ilə bağlı biz Avropa Olimpiya Komitəsi ilə müzakirələrə başlayacayıq".

XƏBƏRLƏR