"Atena" "Qala" BK-ya dəstək verdi

17.01.2013
Yanvarın 17-də Heydər Əliyev adına İdman-Konsert Kompleksinin konfrans zalında "Atena" şirkəti ilə "Qala" basketbol klubu arasında sponsorluq sazişi imzalandı.
Tədbirdə "Atena" MMC-nin idarə heyətinin sədri Elşad Rəsulov, ABF-nin baş katibi Qəhrəman Məmmədyarov, "Qala" BK-nın baş məşqçisi Elxan Əliyev, idman ictimaiyətinin və kütləvi informasiya vasitələrinin bir sıra nümayəndələri iştirak edirdi. "Atena"nın rəhbəri çıxışında gələcəkdə də basketbola dəstək verəcəyini xüsusi vurğuladı.
Federasiyasının baş katibi Q.Məmmədyarov basketbola əməli yardımına görə bütün basketbolsevərlər adından "Atena"ya öz minnətdarlığını bildirdi.Yekunda "Atena"nın idarə heyətinin sədri E.Rəsulova "Qala" oyunçularının imzaları ilə xatirə topu hədiyyə edildi.






