Dahi bir hakimimiz beynəlxalq arenaya çıxdı
Kateqoriya: XƏBƏRLƏR

13.02.2013
Fevral ayınım 1-dən 9-na kimi Türkiyənin Sakariya şəhərində FİBA-nın hakimlər seminarı keçirildi.
Bu seminarda ölkəmizi ABF-ın respublika dərəcəli hakimi Ruslan Xalıqov təmsil etdi. Hakimimiz seminar müddətində bir sıra çətin testlərdən uğurla keçərək beynəlxalq hakim dərəcəsini aldı. Bununla da Azərbaycan Avropa basketbolunda iki referi ilə təmsil olunacaq.
Qazanılan böyük ugur münasibətilə Ruslan Xalıqovu ürəkdən təbrik edirik!




