Nizam-İntizam Komissiyasının qərarı
14.02.2013
2013-cü il fevral ayının 2-də kişilər arasında Azərbaycan çempionatının "NTL-Maxxis" və Gəncə şəhərinin komandalarının oyununda baş vermiş münaqişə ilə bağlı Nizam-intizam komissiyasının 8 fevral 2013-cü il tarixində iclası keçirilmişdi.
Komissiyanın qəqarı ilə "NTL-Maxxis" komandasının məşqçi-oyunçusu Tahir Baxşıyev idman mövsümünün sonuna qədər diskvalifikasiya edilmiş, oyunu idarə edən hakim Urfan Bayramlı isə çempionatın növbəti 3 oyunundan kənarlaşdırılmışdır.
Nizam-İntizam komissiyasının bu qərarı Azərbaycan Basketbol Federasiyası Rəyasət Heyətinin 12 fevral 2013-cü il tarixdə keçirilmiş iclasında təsdiq edilmişdir.



