FİBA-nın Bakı seminarı
Kateqoriya: XƏBƏRLƏR
26.02.2013
Mart ayının 1-dən 2-nə kimi Heydər Əliyev adına İdman-Konsert Kompleksində 3x3 basketbol növü üzrə FİBA-nın seminarı keçiriləcək.
Seminarı 3x3 basketbol növü üzrə FİBA-nın idman direktoru Kosta İlyev aparacaq. Bu tədbir iki hissədən ibarət olacaq. Günün birinci yarısında (10:00 - 13:00) nəzəri, ikinci yarısında isə (15:30 - 17:00) praktiki məşqələlər keçiriləcək.
3x3 basketbol növünə maraq göstərənlər FİBA-nın seminarına qatıla bilərlər.



