Beynəlxalq Seminar başa çatdı

 02.10.2015 - 17:51    1912
Kateqoriya: XƏBƏRLƏR
  • 02 Okt 2015
  • 17:51
  •  1912

05.03.2013

Mart ayının 1-i və 2-si Heydər Əliyev adına İdman-Konsert Kompleksində 3x3 basketbol növü üzrə FİBA-nın idman direktoru Kosta İlyevin rəhbərliyi altında seminar keçirildi.

Məşqçi və hakimlər heyyəti üçun nəzərdə tutulan seminarın birinci yarısında 3x3 basketbol növünün qaydaları izah edildi və buna aid videorolik göstərildi. Daha sonra seminar çərçivəsində U16 yaş qrupunda qızlar və oğlanlar arasında turnir keçirildi. Bu turnirdə Kosta İlyev əyani şəkildə 3x3 basketbolun qaydalarının seminar iştirakçılarına izah etdi.

Oğlanlar arasında birinci yeri Təhsil-1 RİOEUGİM qazandı. Qızlarda isə qalib Sumqayıt-1 komandası oldu.

Qeyd etmək lazımdır ki, Bakıda keçirilən FİBA seminarı 3x3 basketbol növünün 2015-ci ildə Avropa Yay Oyunlarının proqramına salınması yönündə tutarlı bir addım kimi yaddaşda qalacaq.

3x3-2

3x3-4

XƏBƏRLƏR