Yeni dövrün yeni üfüqləri

 02.10.2015 - 17:54    2028
Kateqoriya: XƏBƏRLƏR
  • 02 Okt 2015
  • 17:54
  •  2028

10.04.2013

Aprelin 9-da Heydər Əliyev adına İdman-Konsert Kompleksinin konfrans zalında Azərbaycan Basketbol Federasiyasının 2008-2012-ci illəri əhatə edən Hesabat Seçki konfransı keçirildi. Konfransın gündəliyində 3 məsələ dururdu.

  1. ABF-nın 2008-2012-ci illər üzrə hesabatı
  2. ABF-nın Rəyasət Heyətinin və Nəzarət-Təftiş Komissiyasının üzvlərinin seçilməsi.
  3. ABF-nın prezidenti, baş katibi və vitse-prezidentin seçilməsi.

Konfransa sədrlik edən Nadir Nəsibov çıxış üçün sozü Qəhrəman Məmmədyarova verdi.

Hesabat məruzəsi ilə çıxış edən Qəhrəman Məmmədyarov ümumillikdə son dövrdə ABF-nın fəaliyyətini məqbul saydı. 2008-ci ildə Şotlandiyada keçirilən "C" divizionunda I yer, 2010-2012-ci illərdə Avropa çempionatının seçmə oyunlarında 9 qələbə, FİBA hakim korpusuna daxil olmuş iki hakimimiz, H.Əliyev adına İdman-Konsert Kompleksində 2008-ci ildən fəaliyyət göstərən Basketbol Mərkəzi, Federasiyanın basketbolun inkişafı naminə görülən işlərin bariz nümünəsidir.

Bundan əlavə FİBA Avropa ilə Türkiyə, Litva və Gürcüstan Basketbol Federasiyaları ilə həyata keçirilən faydalı əməkdaşlıq Azərbaycan basketbolunu dünya miqyasında tanınmasına kömək etmişdir. Basketbolun 3X3 növünün respublikamızda geniş yayılması bu elitar idman növünə gənc və yeniyetmələrin kütləvi axınını təmin edəcəkdir. Sonda baş katib qeyd etdi ki, ölkəmizdə basketbolun ana xətti düz yoldadır, və bu istiqamətdə Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi ilə birgə daha çox iş görmək lazımdır. Baş katibin çıxışından sonra federasiyanın işinə müsbət qiymət verərək Ələkbər Həsənov - FİBA hakimi, Rizvan Səfərov, Şəhriyar Əsgərov, Teymur Qafarov, Fuad Niftaliyev, Elxan Ağayev, Elxan Əliyev - məşqçilər, Emin Cəfərov -"Qala-Atena" BK-nun oyunçu çıxış etdilər. Çıxış edənlər basketbolun inkişafı naminə ABF-nın gördüyü faydalı işləri qeyd edərək basketbolumuzda mövcüd olan bir sira problemlərə də toxunaraq onların tez bir zamanda həll edilməsini arzuladılar.

Yekunda Azərbaycan Basketbol Federasiyasının 2008-2012-ci illər əhatə edən fəaliyyəti qənaətbəxş qiymətləndirildi. Rəyasət Heyyətinin və Nəzarət-Təftiş komissiyasının yeni tərkibi təsdiq edildi. Konfrans iştirakçıları yekdilliklə səs verərək növbəti dörd ilə cənab Nadir Nəsibovu federasiyanın prezidenti vəzifəsinə seçdilər.

Daha sonra ABF-nın 12 nəfərdən ibarət yeni Rəyasət Heyətinin tərkibi səsə qoyularaq seçildi. Rimas Kurtinaytis isə Hakimlər Kolleqiyasının sədri Ələkbər Həsənovun təklifi ilə ABF-nin Rəyasət Heyətinin Fəxri üzvü oldu.

Sonra sədr ABf-nin prezidenti N.Nəsibov Hesabat Seçki Konfransının işini bitmiş hesab edərək onu bağlı elan etdi.

XƏBƏRLƏR