FİBA Avropanın hakimlər departamentin direktoru Bakıda

29.04.2013
2013-cü il may ayının 2-də və 3-də Bakıda hakimlik seminarı keçiriləcək.
FİBA Avropa Hakimlər Departamentin direktoru Riçard Stoksun rəhbərliyi altında keçirilən seminarda ABF-in hakimləri və məşqçilər korpusu iştirak edəcək. Seminar Heydər Əliyev adına İdman Konsert Kompleksin konfrans zalında keçiriləcək. Seminarın yekununda hakimlərə ABF tərəfindən FİBA Avropanın sertifikatları veriləcək.
Seminarda iştirak etmək istəyən şəxslər Azərbaycan Basketbol Federasiyasına müraciət edə bilərlər.



