Basketbol Avropa Yay Oyunlarında təmsil olunacaq
Kateqoriya: XƏBƏRLƏR

02.05.2013
2015-ci ildə Bakıda keçiriləcək Avropa Yay Oyunların təşkilat komitəsinin qərarı ilə 3X3 basketbol növü bu oyunlarda 160 idmançı ilə təmsil olunacaq.
Aprelin 30-da keçirilən mətbuat konfransında Gənclər və İdman naziri Azad Rəhimov bu haqda xəbər verib. O, xüsusən vurğulayıb ki, "Basketbol Azərbaycanda yaxşı inkışaf yolu keçib, bu növə də ümidlərimiz çoxdur...".



