3x3 Basketbol üzrə “Baku Open-2013” turnirində hamı iştirak edə bilər
10.07.2013
Azərbaycan Basketbol Federasiyası və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 2013-cü il avqustun 6-da Xətai rayonu Rüfət Məmmədov adına 269 saylı məktəbin idman meydançasında 3X3 basketbol üzrə "Baku Open-2013" turniri keçiriləcək.
Turnirdə 13-15 və 16-18 yaş qruplarını əhatə edən oğlan və qızlardan təşkil edilmiş istənilən komandalar iştirak edə bilər. Komandalar dörd (4) oyunçu və bir (1) nümayəndədən ibarət olmalıdır.
Qaliblər pul və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar. Həmçinin turnirin qalibi kubokla mükafatlandırılacaq.
Bundan əlavə, turnirin tamaşaçıları arasında müxtəlif müsabiqələr keçiriləcək.
Turnirdə iştirak etmək istəyən komandalar qeydiyyatdan keçmək məqsədilə "Baku Open-2013"ün təşkilat komitəsinə müraciət edə bilərlər:
Azərbaycan Basketbol Federasiya 3X3 Basketbol Departameti
Telefon: (012) 496 37 26, (055) 831 33 82 • Faks: (012) 496 37 25
email: info@basketball.az • vebsayt: www.basketball.az
Ünvan: Bakı şəhəri, Qarabağ küçəsi 22, 3-cü mərtəbə, 31-ci otağ.
İştirakçılar 2013-cü il avqust ayının 1-nə kimi qeydiyyatdan keçməlidirlər.



