Əfsanəvi Basketbolçu vəfat etdi

04.10.2013
Oktyabrın 3-də dünya şöhrətli əfsanəvi basketbolçu Serqey Belov 70 yaşında vəfat etdi.
Xatırladaq ki, SSRİ-nin "Əməkdar İdman Ustası" 1972-ci il Münxen Olimpiadasında Sovet İttifaqı yığmasının qələbəsini təmin edən əsas oyunçulardan biri olub. Ömrünü basketbola həsr edən S.Belov son illər Rusiya Məktəb Basketbol Liqasının fəxri prezidenti idi. Azərbaycan Basketbol Federasiyası bu ağır itki münasibəti ilə rusiyalı həmkərlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!



