Rimas Kurtinaytis "İlin Məşqçi"si adına layıq görüldü

 04.10.2015 - 10:35    1938
Kateqoriya: XƏBƏRLƏR
  • 04 Okt 2015
  • 10:35
  •  1938

30.04.2014

Azərbaycan Basketbol Federasiyasının Rəyasət Heyətinin fəxri üzvü, milli yığmanın sabiq baş məşqçisi Rimas Kurtinaytis 2013-2014-cü illər mövsümünə görə VTB Vahid Liqasında (Rusiyanın açıq çempionatı) "İlin Məşqçisi" mükafatına layıq görüldü.

Qalibi VTB Liqasının ekspertlər şurası müəyyən etdi. Qeyd edək ki, İvan Yedeşko (Rusiya) İrjı Zidek (Çexiya), İlona Korstin (Rusiya), Armand Kraulinış (Latviya) Tomas Paçesas ( Litva), Serqey Tarakanov (Rusiya) və Xeyno Enden (Estoniya) kimi basketbol dünyasının tanınmış simaları bu şuranın tərkibində fəaliyyət göstərirlər.

Sorğunun nəticələrinə görə Kurtinaytis ekspertlərin yeddi səsindən dördünü qazandı. İkinci yerdə iki səslə "Uniks"in məşqçisi Andrea Trinkyeri və üçüncü yerdə isə bir səslə "OMİK"in baş məşqçisi Ettoro Messino qərarlaşdı.

Bu yüksək mükafat münasibəti ilə ABF-nin rəhbərliyi əziz Rimas Gintautoviçi ürəkdən təbrik edir!

XƏBƏRLƏR