Turqay Dəmirəl FİBA Avropanın Prezidenti seçildi

19.05.2014
Mayın 16 və 17-də Almaniyanın Münhen şəhərində FİBA Avropanın Baş Assambeyası keçirilmişdir.
Baş Assambleyanın gündəliyində iki əsas məsələ dururdu:
- 2010-2014-cü illərdə FİBA Avropanın fəaliyyətinin hesabatı;
- FİBA Avropanın yeni prezidentinin və idarə heyətinin üzvlərinin seçkisi;
Mayın 16-si hesabat dinlədildikdən sonra, mayın 17-də prezident və idarə heyətinin üzvlərinin seçkisi keçirilmişdir. Türkiyə Basketbol Federasiyasının prezidenti Turqay Dəmirəl 40 səs lehinə, 8 səs əleyhinə və 2 bitərəf səslə növbəti dörd il üçün FİBA Avropanın prezidenti seçilmişdir.
Avropa basketbol tarixində türk dünyasının möhtəşəm qələbəsi münasibəti ilə əziz Turqay Dəmirəli ürəkdən təbrik edirik!