Ruslan Xalıqov Bolqarıstanda təlim keçir

11.06.2014
Beynəlxalq dərəcəli hakim Ruslan Xalıqov hal-hazırda Bolqarıstanda səfərdədir.
Səfərin məqsədi bu ölkənin Samokov şəhərində hakimlər üçün yaradılan beynəlxalq basketbol düşərgəsinə qatılmaqdır. Hər il yay mövsümündə Samokovda Avropa Basketbol Federasiyasının (FİBA Avropa ) aparıcı təlimatçılarının rəhbərliyi altında beynəlxalq hakimlərin təlim-məşq toplanışı keçirilir.
Ümid edirik ki, iyun ayının 6-dan 12-nə kimi keçirilən təlim-məşq toplanışında beynəlxalq dərəcəli referimiz lazımı təcrübə yığaraq öz hakimlik səviyyəsini daha da yüksəldəcək.