Avropa oyunlarının idman elçiləri bəlli oldu

19.11.2014
Bakı 2015 Avropa Oyunlarıının Əməliyyət komitəsi bu oyunların idman elçilərinin adına laiq görülən 11 idmançının siyahısını açıqladı. İdman səfirlərinin arasında 3X3 basketbolu milli yığmanın üzvü Amil Həmzəyev təmsil edəcək.
Seçilmiş idmançılar bunlardır: Amil Həmzəyev (Basketbol 3x3), Suğra Müqabilzadə (Oxatma), Nazim Babayev (Yüngül Atletika), Elgün Əlizadə və Murad Sultanov (Velosiped idmanı), Səbinə Mikina (Qılıncoynatma), Marina Durunda (Gimnastika), Elmar Qasımov (Cüdo), Ceyran Əliyeva (Voleybol), Rövşən Bayramov və Mariya Stadnik (Güləş).