İdman günü qeyd edildi

 05.10.2015 - 09:33    1212
Kateqoriya: XƏBƏRLƏR
  • 05 Okt 2015
  • 09:33
  •  1212

05.03.2015

Mart ayının 4-də Azərbaycan Basketbol Federasıyasında İdman Gününə həsr edilmiş görüş keçirildi.

Görüşdə ABF-nın baş katibi Qəhrəman Məmmədyarov, milli yığmanın baş məşqçisi Elxan Əliyev, milli yığmanın üzvü Amil Həmzəyev Qarabağ müharibəsi veteranı Novruz Dursunov və birinci Avropa Yay Oyunlarında basketbolun ulduz səfiri reper Miri Yusif iştirak edirdi. Federasiyasının rəsmiləri ulduz səfirə Azərbaycan basketbolunun keçmişindən və gələcək perspektivlərindən ətraflı məlumat verdi.

Maykl Cordanın və Şakil Onilin pərəstişkarı olmuş Miri Yusif öz növbəsində Avropa Yay Oyunlarının başlanmasına qədər 3X3 basketbolun təbliğ etməsinə hər cür səy göstərməyinə söz verdi. O, eyni zamanda ölkə çempionatının oyunlarında və müxtəlif turnirlərdə fəal tamaşaçı kimi iştirak etmək istədiyini dedi. Görüşün sonunda Miri Yusif əlinə topu alaraq zarafatca Amil Həmzəyevlə gələcəkdə basketbol meydançasında garşılaşmasını arzuladı.

Qarabağ veteranına Azərbaycan milli yığmasının forması və basketbol topu hədiyyə edildi.

XƏBƏRLƏR