PREZİDENT idmançılarla görüşdü

 06.10.2015 - 09:18    1351
Kateqoriya: XƏBƏRLƏR
  • 06 Okt 2015
  • 09:18
  •  1351

10.06.2015

Azәrbaycan Respublikasının Prezidenti İlham Әliyev, xanımı, "Bakı­2015" Avropa Oyunları Tәşkilat Komitәsinin sәdri Mehriban Әliyeva və ailә üzvlәri iyunun 9­da Atletlәr Kәndindә birinci Avropa Oyunlarında iştirak edәcәk Azәrbaycan nümayәndә heyәti ilә görüşüblәr.

Gәnclәr vә idman naziri Azad Rәhimov dövlәtimizin başçısına Atletlәr Kәndinin VİP qonaqların qәbul zonası barәdә mәlumat verdi. Binada yaradılan istirahәt otağı, protokol zalı, qonaq vәsiqәsini gözlәmә әrazisi vә digәr otaqlar müasir sәviyyәdәdir. Burada yüksәk sәviyyәdә fәaliyyәt göstәrmәk üçün bütün imkanlar yaradılıb.

Sonra Prezident İlham Әliyev birinci Avropa Oyunlarında iştirak edәcәk Azәrbaycan nümayәndә heyәti ilә görüşdü.

İdmançıları salamlayan Prezident İlham ӘLİYEV dedi: ­

Әziz idmançılar, әziz dostlar.

Mәn sizin hamınızı ürәkdәn salamlayıram vә Bakıda keçirilәcәk Avropa Oyunlarında uğurlar arzulayıram.

Üç gündәn sonra bu tarixi hadisә başlayır. Azәrbaycan Avropanı qәbul etmәyә hazırdır. Әminәm ki, dünya miqyasında әn gözәl Oyunları biz keçirәcәyik. Baxmayaraq ki, Oyunların hazırlanması üçün cәmi iki il yarım vaxtımız var idi. Ancaq xalqımız, dövlәtimiz öz gücünü göstәrdi. Biz qısa müddәt әrzindә dünya sәviyyәli, Yay Olimpiya Oyunları sәviyyәsindә Oyunlar hazırlamışıq vә uğurla keçirәcәyik.

Komandamız Oyunlarda böyük tәrkibdә iştirak edәcәk. Xatırlayıram, mәn 2000­ci ildәn bu günә qәdәr bütün Yay Olimpiya Oyunlarında olmuşam vә adәtәn idmançılarla görüşmüşәm. Biz idmançıları Oyunlara tәntәnәli şәkildә yola salırdıq. Bu dәfә isә Avropa ölkәlәrindәn idmançılar Azәrbaycana gәlirlәr. Deyә bilәrәm ki, mәn 2000­ci ildәn bu günә qәdәr bütün Olimpiya kәndlәrindә olmuşam. Bakıda yaradılan şәrait heç bir başqa yerdә olmayıb. Bax, bu Atletlәr Kәndi bir memarlıq әsәridir vә bizim komandamız artıq burada yerlәşib. Xarici qonaqlar da gәlirlәr vә xüsusi qeyd olunur ki, qısa müddәt әrzindә belә gözәl şәraitin yaradılması, әlbәttә, tarixi nailiyyәtdir.

Burada yaxında Media Kәndi dә var. Heç bir Yay Olimpiya Oyunlarında mәtbuat işçilәri üçün Media Kәndi yaradılmamışdır. İlk dәfә biz bunu tәtbiq edirik. Bir sözlә, biz Avropa Oyunlarının standartlarını Azәrbaycanda müәyyәn edirik vә bu, әn yüksәk standartlardır. Biz Avropa standartları haqqında adәtәn teztez eşidirik. Әlbәttә ki, bu, yüksәk standartlardır. Ancaq biz artıq Azәrbaycan standartlarını tәtbiq edirik. Bu Oyunlar dövlәtimizin gücünü, xalqımızın istedadını vә idmançılarımızın peşәkarlığını göstәrәcәk. Әminәm ki, idmançılar bizi qәlәbәlәrlә sevindirәcәklәr. Komandamızın tәrkibindә ölkәmizin әn güclü idmançıları var. Bütövlükdә, bütün xarici komandalarda da әn qabaqcıl idmançılar tәmsil olunur.

Azәrbaycan idman dövlәtidir vә bizim böyük uğurlarımız, nailiyyәtlәrimiz, qәlәbәlәrimiz var. Әminәm ki, bu Oyunlarda da qәlәbәlәrimizin sayı çox olacaq vә siz xalqımızı sevindirәcәksiniz.

Avropa Oyunları Azәrbaycanda artıq ümumxalq mәsәlәsinә çevrilib. Bizim qәdim Atәşgah mәbәdindәn alovlandırılan mәşәl bütün ölkәmizi dolaşıb vә Bakıya qayıdıb. Bizim bütün rayonlarımızda, o cümlәdәn Bakı şәhәrindә iki milyona yaxın insan bu mәşәli salamlayıb vә bu bayramı qeyd edib. Doğrudan da böyük bayramdır, ölkәmiz üçün tarixi hadisәdir. Avropa üçün tarixi hadisәdir. Belә Oyunlar birinci dәfә keçirilir. Әminәm ki, әn yüksәk sәviyyәdә keçirilәcәk.

Bir daha demәk istәyirәm ki, komandamız çox güclüdür, güclülәr sırasındadır. Biz idmançılarımızla fәxr edirik. Onlardan yeni qәlәbәlәr gözlәyirik. Әlbәttә ki, doğma Vәtәndә sizә diqqәt dә daha böyük olacaq. Әminәm ki, nәticәlәr dә çox yaxşı olacaq.

Ona görә sizi bir daha ürәkdәn salamlayıram. Sizә qәlәbәlәr arzulayıram. Siz bilirsiniz ki, Azәrbaycan xalqı sizi sevir, sizi dәstәklәyir vә bu dәstәk sizә әlavә güc verәcәk. Bir daha tәbrik edirәm vә üç gündәn sonra yeni tikilmiş Olimpiya Stadionunda sizinlә bir daha görüşәcәyik.

Dövlәtimizin başçısı, xanımı vә ailә üzvlәri birinci Avropa Oyunlarında Azәrbaycanı ayrı­ayrı idman növlәrindә tәmsil edәcәk komandalarla xatirә şәkillәri çәkdirdilәr.

Bakı, 9 iyun, AZӘRTAC

id0

id1

id3

XƏBƏRLƏR