Xose Kalderonun master klassı

 06.10.2015 - 09:22    1183
Kateqoriya: XƏBƏRLƏR
  • 06 Okt 2015
  • 09:22
  •  1183

11.06.2015

İkiqat Olimpiya gümüş mükafatçısı olan Joze Kalderon (İspaniya) inanır ki, Bakı 2015-dən sonra basketbol 3x3 idman növünün Olimpiya idman növləri sırasına daxil edilməsi şansı yarana bilər.

Basketbol 3x3 idman növü ilk Avropa Oyunlarının bir hissəsidir. Bu oyun 2010 və 2014-cü illərdə keçirilmiş Gənclər arasında Olimpiya Oyunlarının ən məşhur basketbol növüdür. Kalderon hesab edir ki, Bakıdakı daha bir uğurlu çıxış bu idman növünün populyarlaşmasına öz müsbət töhfəsini verə bilər.

"Bu, basketbol 3x3 idman növünün aqibətinin müəyyən edilməsi üçün uğurlu bir cəhddir. Bu idman növünə maraq günbəgün artır. Hər kəs basketbol 3x3 oynayır, hər bir şəhərdə bu oyun üzrə müxtəlif turnirlər keçirilir. Niyə görə də yox? Basketbol 3x3 Olimpiya növləri sırasına daxil edilərsə, onda bu növ üzrə peşəkar idmançıların yetişəcəyini tam əminliklə söyləmək olar.
Xose Kalderon

"New-York Knicks" klubunun müdafiəçisi bu gün Avropa Oyunları Parkını ziyarət edib, gənc basketbolçularla oynayıb. UNICEF-in Uşaq Xeyriyyə Fondunun xoşməramlı səfiri olan Kalderon məşqçilər üçün təşkil edilən seminarda təhlükəsiz və inklüziv idman mövzusunda çıxış edib.

(Bakı2015.com saytı)

XƏBƏRLƏR