Prezident İlham Əliyevin qəbulu
15.07.2005
Kişilərdən ibarət yığmamız aprel ayında I İslam Həmrəyliyi Oyunlarında böyük uğura imza atdı. Bu, həm də ölkə idmanı tarixində komanda növləri üzrə mötəbər yarışlarda qazanılan ilk böyük nailiyyət oldu.
Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev milli komandanın üzvlərini qəbulu zamanı bu uğuru yüksək qiymətləndirərək, basketbolçularımıza xoş sözlər ünvanladı:
"Sizin qələbəniz tarixi qələbədir. Artıq islam ölkələrinin Birinci Həmrəylik Olimpiadasının tarixinə yazılıbdır ki, basketbol yarışlarında ilk çempion Azərbaycan komandası oldu. 60-a yaxın ölkənin iştirakı etdiyi yarışlarda birinci yeri tutmaq böyük nailiyyətdir. Mən bu münasibətlə sizi təbrik edirəm və arzu edirəm ki, həmişə Azərbaycanın idman şöhrətini belə yüksək saxlayasınız."