Yeni təyinat

 28.06.2016 - 12:24    1815
Kateqoriya: XƏBƏRLƏR
  • 28 İyun 2016
  • 12:24
  •  1815

Azərbaycan Basketbol Federasiyası İdarə Heyətinin növbədənkənar iclasında təşkilati məsələlərə baxılıb.

Belə ki, Federasiyanın prezidenti Nadir Nəsibovun sədrliyi ilə keçirilən iclasda gələn il ölkəmizdə keçiriləcək IV İslam Həmrəylik Oyunlarına hazırlıq və U14, U16, U18, U20 yaş qrupundakı yığma komandalara perspektivli idmançıların yetişdirilməsinə diqqətin artırılması məqsədi ilə Milli Olimpiya Komitəsinin əməkdaşı Həsənağa Rzayev ABF-nın vitse-prezidenti vəzifəsinə təyin edilib.   

XƏBƏRLƏR