Federasiya prezidenti gənc basketbolçuları təltif etdi

 27.07.2016 - 14:20    2267
Kateqoriya: XƏBƏRLƏR
  • 27 İyul 2016
  • 14:20
  •  2267

İyulun 27-də Milli Olimpiya Komitəsinin inzibati binasında Azərbaycan Basketbol Federasiyasının rəhbərliyi yeniyetmə oğlanlardan ibarət U18 və U16 milli yığmalarının üzvləri ilə görüş keçirdi.

Azərbaycan Basketbol Federasiyasının prezidenti Nadir Nəsibov gənc basketbolçularımızı salamlayaraq milli komandalarımızı Avropa Çempionatlarında (C Divizionu) qazanılan yüksək nəticə ilə ürəkdən təbrik etdi. Federasiya rəhbəri xüsusən aşağıdakıları qeyd etdi: "U18 San Marinoda böyük uğur qazandı. Endər Poladxanlı isə yarışın ən dəyərli oyunçusu (MVP) və Avropa birinciliyinin simvolik beşliyinə seçildi. Eyni zamanda, ilk dəfə Avropa Çempionatına qatılan U16-nın gümüş medalını də qızıl kimi dəyərləndirirəm. Gənc basketbolçumuz Papuna Kirtadze yarışın ən dəyərli oyunçusu (MVP), komandanın iki oyunçusu Papuna Kirtadze və Saadettin Donat Avropa birinciliyinin simvolik beşliyinə seçiliblər. Bu onu göstərir ki, millimizin böyük potensalı var. Biz Federasiya olaraq 5, 7, 10 illik proqram üzrə işləyirik. İnanıram ki, bu komandaların oyunçuları 5 ildən sonra əsas yığma olaraq ölkəmizin şərəfini ləyaqətlə qoruyacaq".

Daha sonra Avropa Çempionatının qalibləri və gümüş mükafatçıları Federasiya rəhbərliyi tərəfindən fəxri fərman və qiymətli hədiyyələr ilə təltif edildi.

14696_700x453

437edb3d-600

1469606_700x422

XƏBƏRLƏR