Olimpiya Oyunlarında 3-cü medal

 16.08.2016 - 12:57    1738
Kateqoriya: XƏBƏRLƏR
  • 16 Avq 2016
  • 12:57
  •  1738

Azərbaycan milli komandası XXXI Yay Olimpiya Oyunlarında daha bir medal qazanıb. Yunan-Roma güləşi üzrə yarışlarda 130 kq çəki dərəcəsində mübarizə aparan Sabah Şəriəti fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.

Avropa Oyunlarının gümüş mükafatçısı 1/8 finalda amerikalı Devid Smiti məğlub edib. Növbəti mərhələdə isə Türkiyə güləşinin canlı əfsanəsi Rıza Kayaalpa məğlub olsa da, təmsilçimiz bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılıb. O, təsəlliverici görüşlərin ikinci mərhələsində venesuellalı Ervin Xose Kabrera Karabalyo üzərində vaxtından əvvəl qələbə qazanıb. Bürünc medal uğrunda həlledici qarşılaşmada isə Sabah Şəriəti almaniyalı Eduard Poppu da məğlub etməkdə çətinlik çəkməyib.

Beləliklə, Azərbaycan yığmasının Rio Yay Olimpiya Oyunlarında qazandığı medalların sayı 3-ə çatıb. İdmançılarımızın Braziliyadan xoş soraqlarının ardı gəlsin!

XƏBƏRLƏR