Azərbaycan medal sıralamasında birinci yerdədir
Kateqoriya: XƏBƏRLƏR

Mayın 12-də Respublika Olimpiya Stadionunda IV İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimi keçirildi.
Dünyanın 4 qitəsini əhatə edən 54 ölkənin iştirakı ilə keçirilən bu möhtəşəm idman yarışında Azərbaycanın idmançıları uğurla çıxış edirlər. Belə ki, İslamiyadanın dördüncü gününə komandamız 25 qızıl, 18 gümüş, 10 bürünc medalla ümumi hesabda birinci yerdə qərarlaşıb.



