FİBA Avropaya müraciət

 31.10.2017 - 15:34    134
Kateqoriya: XƏBƏRLƏR
  • 31 Okt 2017
  • 15:34
  •  134

FİBA Avropanın prezidenti cənab Turqay Dəmirələ

Hörmətli cənab Turqay Dəmirəl!

Bildiyiniz kimi, Azərbaycan Respublikasının bir hissəsi (Dağlıq Qarabağ və bu bölgəni əhatə edən 6 rayon) erməni qəsbkarları tərəfindən işqal edilmişdir. Onu da qeyd etmək istərdim ki, işqal edilmiş ərazilər de-jure və de-facto bütün dünya ölkələri və beynəlxalq təşkilatları tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanınır. 

Nəzərinizə çatdırıram ki, oktyabrın 29-da basketbol üzrə Ermənistan Çempionatının oyunu erməni silahlı qüvvələri tərəfindən işqal edilən Dağlıq Qarabağ bölgəsinin inzibati mərkəzi Xankəndi şəhərində keçirilmişdi. Azərbaycanın basketbol ictimaiyyəti və Azərbaycan Basketbol Federasiyası (ABF) Ermənistan Basketbol Federasiyası tərəfindən öz ölkəsinin rəsmi çempionatını ABF-nın xəbəri olmadan Azərbaycan ərazisində keçililməsini kəskin qınayır.

Hörmətli cənab Dəmirəl,
Ümid edirəm ki, FİBA Avropa Ermənistan Basketbol Federasiyasının beynəlxalq hüquqa zidd hərəkətlərinin qarşısını almaq üçün müvafiq tədbirlər görəcək.

Anlayışınıza görə təşəkkür edirəm.

 

Hörmətlə,
Azərbaycan Basketbol Federasiyası adından
Nadir Nəsibov

XƏBƏRLƏR