Rəsmi bəyanat

 14.01.2019 - 16:14    773
Kateqoriya: XƏBƏRLƏR
  • 14 Yan 2019
  • 16:14
  •  773

Azərbaycan Basketbol Federasiyası (ABF) kişilər arasında 26-cı ölkə çempionatında yaranmış vəziyyətlə bağlı narahatlığını bildirir. ABF hesab edir ki, ölkə çempionatını boykot edərək üsyan qaldırmaq idman hərəkatına zidd və qanunsuzdur.

Hal-hazırda Federasiya gənclərdən ibarət yığma komandanın Bakıda keçiriləcək Avropa Gənclər Olimpiya Festivalının hazırlığına başlıca önəm verir. Basketbol Federasiyasına qarşı atılan təxribat xarakterli hərəkətlər bu dövlət səviyyəli idman tədbirinin hazırlıq prosesinə zərbə vurmaqdadır. Bununla əlaqədar, bütün məsuliyyət basketbol ictimayyəti adından danışmaq səlahiyətini mənimsəyən bəzi basketbol “xadimlərinin” üzərinə düşür.

Bütün sivil dünyada qəbul edilmiş qaydalara əsasən istənilən idman təşkilatı onun təsdiq edilmiş nizamnaməsinə əsasən fəaliyyət göstərir. Federasiya rəhbərliyinin dəyişdirilməsi növbəti hesabat-seçki konfransında bu qurum üzvlərinin səs verməsi yolu ilə həyata keçirilir.

Azərbaycan Basketbol Federasiyası basketbol ictimaiyətimizə müraciət edərək, ayrı-ayrı şəxslər tərəfindən çempionatın boykotuna sövq edən addımları qətiyyətlə pisləyir.

ABF bütün Azərbaycan basketbolsevərlərini Basketbola hörmətlə yanaşaraq, Dövlətimiz tərəfindən uğurla həyata keçirilən idman siyasətinə dəstək verməyə çağırır.

XƏBƏRLƏR