ABF xəbərləri

 20.02.2019 - 15:11    360
Kateqoriya: XƏBƏRLƏR
  • 20 Fev 2019
  • 15:11
  •  360

Fevralın 19-da növbəti iclas keçirildi. İclasda ölkəmizdə basketbolun strateji inkişaf istiqamətləri mövzusu ilə əlaqədar müzakirələr aparıldı.

Bir daha vurğulandı ki, bir il yarım ərzində həyata keçirilməsi planlaşdırılan “Uşaq-Yeniyetmə basketbolunun inkişafı proqramı” vaxt etibarı ilə geciktirilərək uşaqlar arasında daha böyük həvəs oyandırmaq işini zəiflətmişdir. Bunun da əsas səbəblərindən biri bəzi məşqçilərin bu işdən yayınmaları və həvəs göstərməməsidir.

Qeyd olunmuşdur ki, uşaqlar üçün həvəsləndirici, maraqlandırıcı göstəri tədbirlərini təşkil etmək əvəzinə, onların əsas məqsədi müxtəlif yaşlar (əsasən 20-40 yaş arası) üzrə ödənişli qruplarla işləməyə yönəldilmişdir.

Əfsuslar olsun ki, obyektiv və subyektiv səbəblərə görə 2018-ci ildə Federasiya 8-10 yaş qrupları arasında mütəmadi yarışların keçirilməsində müvəffəq olmamışdır.

2018-ci ildə ölkəmizın müxtəlif bölgə, rayon və şəhərləridə 8-16 yaş arası perspektivli yeniyetmələri basketbol idman növünə cəlb edilməsi ləng aparılmışdır. Belə ki, basketbol məşqçilərinin sayca çox olmalarına baxmayaraq keyfiyyət baxımından 8 yaşdan sonra uşaqların basketbol idman növünə cəlb edilməsinə həvəs göstərilməmişdir.

Bu istiqamətdə işlərin daha da keyfiyyətlə aparılması məqsədi ilə yerli və xarici mütəxəssislərin cəlb edilməsi önə çəkilmişdir. Və bununla bağlı nəzərdə tutulan tədbirlərin t ez bir vaxtda keçirilməsi Federasiyasının işçi qrupuna tapşırılmışdır.

Daha sonra Nizam-İntizam Komissiyasının və Hakimlər Kollegiyasının birgə iclasının keçirilməsi zəruriyyəti vurğulanmışdır.

XƏBƏRLƏR