Cari xəbərlər
2018-ci ildən planlaşdırılan “Zirvə” klubu ilə əməkdaşlıq bu ilə təsadüf etməli oldu. Azərbaycan Basketbol Federasiyası Beynəlxalq “Zirvə” İK-lə birgə fəaliyyətə başlamaqdadır.
Bununla bağlı Azərbaycanın bölgələrində, rayonlarında, şəhər və kəndlərində yeni meydançaların quraşdırılması, təlim-məşq və turnir yerlərinin müəyyən edilməsi haqqında müzakirələr aparılmaqdadır.
Basketbol idman növünün kütləviləşdirilməsi və bu oyuna həvəs oyatmaq məqsədi ilə 8 yaşlı uşaqlar basketbola cəlb ediləcək. Onlar üçün müxtəlif oyunlar, uşaq turnirləri təşkil olunacaqdır. Sonra isə 8-10 yaşlı qrupları əhatə edən daimi Liqa yaradılacaqdır.
Məşqçilərdən, basketbolsevənlərdən xahiş edirik ki, bu təşəbbüsdə aktiv iştirak edəsiniz və bu yolda əməyinizi əsirgəməyəsiniz.



