Basketbol elçiləri Bakıda

 21.06.2019 - 14:50    125
Kateqoriya: XƏBƏRLƏR
  • 21 İyun 2019
  • 14:50
  •  125

Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyinin dəstəyi ilə iyunun 16-dan 24-nə kimi Amerika Basketbol İdman elçiləri Kreyq Eşerik və Çini Nvaqbo Azərbaycanda səfərdədilər.

Bu səfər, Azərbaycan basketbol Federasiyası, Gənclər və İdman Nazirliyi və Təhsil nazirliyi ilə birgə Bakıdan kənarda yaşayan 250 gəncin faydalanmasında böyük rol oynayan 12 regional basketbol liqasını inkişaf etdirmək üçün səfirliyin təşkil etdiyi davamlı proqramın bir hissəsidir. 2017-ci ilin avqust ayında Azərbaycanın 12 bölgəsindən 14 basketbol məşqçisi ABŞ Dövlət Departamentinin İdman Diplomatiyası Proqramı tərəfindən dəstəklənən Basketbol İdmanı Elçıləri Proqramı çərçivəsində iki həftəlik Amerikaya səfər etdilər.

Azərbaycanda olduqları müddət ərzində Amerikalı məşqçilər Bədən Tərbiyə müəllimləri üçün Gəncədə uğurlu karyeraya aparan liderlik bacarıqlarına idmanın necə kömək etməsi haqqında 40-50 dəqiqəlik seminar keçiriblər. Onlar eləcə də 40-50 gənc və onların məşqçiləri üçün Göygöl Olimpiya İdman Kompleksində oyun təşkil ediblər.

Bundan əlavə "Basketbol Mübadiləsi Proqram"ı çərçivəsində bu gün ADBTİA-nın basketbol zalında "Gənc Basketbolçuların Həmrəyliyi Turnir"inə start verildi. 3 gün davam edəcək yarışda Xaçmaz, Qusar, Şəmkir, Gəncə, Cəlilabad, Göygöl, Mingəçevir və Bakını təmsil edən 8 komanda iştirak edir.

Turnirin açılış mərasimində ABŞ səfirinin müavini Vilyam Gil, milli yığmanın baş məşqçisi Samit Nuruzadə yarış iştirakçılarını salamlayaraq onlara basketbolda yeni nailiyyətlər əldə etməsini arzuladılar.

 FullSizeRenderS

XƏBƏRLƏR