Federasiyada görüş

 02.07.2019 - 15:49    229
Kateqoriya: XƏBƏRLƏR
  • 02 İyul 2019
  • 15:49
  •  229

İyulun 2-də Azərbaycan Basketbol Federasiyasının qərargahında Türkiyə milli yığmasının üzvü, əfsanəvi basketbolçu Sinan Gülərlə görüş keçirildi. "Top Səndə" yarışması çərçivəsində ölkəmizə təşrif buyuran basketbol ulduzunu ABF-nın prezidenti Nadir Nəsibov qəbul etdi. 

Görüşdə tərəflər arasında ətraflı fikir mübadiləsi aparıldı. Sinan Gülər Azərbaycan basketbolunun inkişafına hərtərəfli dəstək verməyə hazır olduğunu xüsusi vurquladı. Nadır Nəsibov ölkəmizə ilk dəfə gələn qonağı salamlayaraq, gələcəkdə qarşılıqlı əmakdaşlığın basketbolumuza öz tutarlı töhfəsini verəcəyini bildirdi.

Sonda Sinan Gülərlə xatirə şəkilləri çəkdirildi.

IMG_1911s

IMG_1913s

IMG_1974s

XƏBƏRLƏR