İspaniya Dünya Çempionu

 17.09.2019 - 11:53    192
Kateqoriya: XƏBƏRLƏR
  • 17 Sen 2019
  • 11:53
  •  192

Sentyabrın 15-də 2 həftə ərzində Çində keçirilən Basketbol üzrə Dünya Çempionatı başa çatdı.

Finalda çempionat boyu möhtəşəm oyun sərgiləyən İspaniya və Argentina yığmaları qarşılaşdılar. İspaniya millisi oyunun bütün hissələrində üstünlüyünü diqtə edərək rəqibinə heç bir şans vermədi 95:75 (23-14, 20-17, 23-11, 29-28). Beləliklə ispanlar tarixdə 2-ci dəfə Dünya Çempionu titulunu qazandılar. İspaniya yığmasını basketbolun ən uca zirvəsinə mükəmməl müdafiə və qarşısıalınmaz hücum yüksəltdi. Xüsusən Riki Rubio və Mark Qazolun virtuoz oyunu bütün dünya basketbolsevərlərini sevindirdi.

Təsadüfi deyil ki, hər ikisi Dünya Çempionatının simvolik beşliyində yer aldı. Riki Rubio isə "Tissot" saatı ilə mükafatlandırılaraq Dünya Birinciliyinin MVP oyunçusu adına layiq görüldü.

Çempionatın gümüş mükafatçısı Argentina millisi əzmkar oyun sərgiləyərək Luis Skolanın simasında meydançada əsl döyüşkənlik nümunəsini göstərdi.

Amerikanı məyyus edən Fransa millisi isə 3-cü yeri tutaraq bürünc medalları qazandı.

ABŞ basketbolçularının 7-ci yerdə qərarlaşması bu çempionatın ən gözlənilməz sensasiyası oldu.

image_5

image_1

EEgz4ZfVAAA89Mx

Foto credit: FİBA

XƏBƏRLƏR