Jr.NBA-nın təqdimat mərasimi keçirildi

 30.01.2020 - 12:57    209
Kateqoriya: XƏBƏRLƏR
  • 30 Yan 2020
  • 12:57
  •  209

Yanvarın 29-da "Four Seasons" otelinin "Rast" zalında Jr.NBA Azərbaycan Basketbol Liqasının təqdimat mərasimi və mətbuat konfransı keçirildi. Tədbirdə Çənclər və İdman naziri Azad Rəhimov, Təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, NBA-nın vitse-prezidenti Jesus Bueno Pascual, ABŞ-nın Azərbaycan Respublikasındakı səfiri Lee Litzenberger, Azərbaycan Basketbol Federasiyasının prezidenti Nadir Nəsibov iştirak edirdilər.

Təqdimatdan öncə tədbir iştirakçıları faciəvi şəkildə vaxtsız həlak olmuş NBA ulduzu Kobi Brayantın xatirəsini bir dəqiqəlik sükutla andılar.Sonra söz Gənclər və İdman naziri Azad Rəhimova verildi. O Jr.NBA Liqasının Azərbaycanda yaradılmasını təqdirə layiq hadisə kimi qiymətlədirərək GİN-nin bu layihəyə hərətərəfli dəstək verəcəyini bildirdi.

Daha sonra Təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Olimpiya Komitəsinin vitse-prezideti Çingiz Hüseynzadə çıxış etdilər. MOK-nin vitse-prezidenti Çingiz Hüseynzadə qeyd etdi ki, basketbol idman növü Olimpiya idman növünə aid olduğuna görə Jr.NBA Azərbaycan Liqasının yaradılması gələcəkdə ölkəmizdə dünya miqyaslı basketbolçuların yetişdirilməsinə öz töhvəsini verməlidir. Təhsil nazirinin müavini də Jr.NBA-nın Azərbaycana gəlməsini alqışladı və Təhsil Nazirliyi olaraq bu layihəyə hərtərəfli dəstək verəcəyini xüsusi vurquladı.

Sonra söz NBA-nın vitse-prezidenti Xesus Bueno Paskuala verildi. O Azərbaycanda Jr.NBA Liqasının təsis edilməsinin əhəmiyyətindən danışaraq bu layihənin NBA tərəfindən artıq 4 il inkişaf etdiridildiyini və iştirakçi ölkələrinin sayının 80-nə  çatdığını söylədi. Mötəbər qonaq Azərbaycanda Jr.NBA layihəsinə dövlət tərəfindən dəstək verildiyini alqışlayaraq bu layihənin birinci mərhələdə 3 il ərzində həyata keçiriləcəyini söylədi. ABŞ-nın Azərbaycandakı səfiri Li Litsenberger çıxışında Kobi Brayantı andıqlarına görə tədbir iştirakçılarına öz dərin minnətdarlığını bildirərək ümid etdi ki, gələcəkdə NBA-da Azərbaycan basketbolçuları da çıxış edəcəklər.

Bundan sonra söz Azərbaycan Basketbol Federasiyasının prezidenti Nadir Nəsibova verildi. O qonaqları və mətbuat konfransının iştirakçılarını salamladı. ABF-nın prezidenti ölkəmizdə Jr.NBA Liqasının yaradılmasından bəhs edərək: "...Jr.NBA Azərbaycan Liqası ölkəmizə uşaq-yeniyetmə basketbolun inkişafına yönəldilmiş ilk addımımızdır. ABF-sı gələcəkdə Respublikada basketbolun daha geniş vüsət almasına dəstək olan diğər layihələri də həyata keçirmək niyyətindədir."

Mətbuat konfransı bitəndən sonra NBA-nın vitse-prezidenti Xesus Bueno Paskuala GİN, MOK, Təhsil Nazirliyi və ABF-nın xatirə hədiyyəsi verildi.

 IMG_1938sml

IMG_1793sml

NDA_8625sml

IMG_1888sml

IMG_0044sml

IMG_1901

IMG_1946

IMG_0156_sml

IMG_0187_sml

IMG_0215sml

IMG_0184_sml

IMG_0165_sml

XƏBƏRLƏR