FİBA oyunları dayandırdı

 12.03.2020 - 22:54    265
Kateqoriya: XƏBƏRLƏR
  • 12 Mart 2020
  • 22:54
  •  265

Koronavirusun (COVID-19) yayılması ilə əlaqədar olaraq oyunçuların, məşqçilərin, rəsmilərin və azarkeşlərin sağlamlığını və təhlükəsizliyini qorumaq məqsədi ilə FİBA-nın rəhbərliyi altında keçirilən bütün yarışların 13 Mart 2020-ci ildən etibarən dayandırıldığı  bildirilib.

FİBA koronavirusla əlaqədar vəziyyəti gündəlik izləyir və mütəmadi olaraq nəzarət altında saxlayır. Müvafiq yarışların keçirilməsi üçün şəraitin məqbul hesab olunacağı təqdirdə, yarışların davam etdirilməsi ilə bağlı lazımi qərar veriləcəkdir.

XƏBƏRLƏR